“Sərt oyun yox idi" Dermençiyev

"Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, o, "Qarabağ"ın oyunda daha üstün olduğunu bildirib: "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaranırdı. "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara fasilədə tapşırdım ki, bundan istifadə etsinlər".
"Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur. Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq".
Kayo Vidalın qırmızı vərəqə aldığı epizod haqda: "Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, başqa bir futbolçumuzun ayağı iki tərəfdən sınıb. İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik".
Futbolçularının sərt oynaması ilə bağlı: "Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur".
© Copyright 2025, All Rights Reserved