Tarkan Türkiyənin yeni marşı haqqında danışdı: "Söz vermirəm, amma..."
Türkiyə millisinin Dünya çempionatına vəsiqə qazanmasından sonra ölkədə yeni milli marşla bağlı gözləntilər artıb.
90plus.az xəbər verir ki, sosial şəbəkələrdə azarkeşlər xüsusilə "Bir Oluruz Yolunda" mahnısını geniş şəkildə paylaşaraq, onu milli komanda üçün qeyri-rəsmi marş kimi istifadə ediblər. Bu fonda diqqətlər məşhur sənətçi Tarkana yönəlib.
TV8 kanalına açıqlama verən Tarkan mövzuya ehtiyatla yanaşıb: “Mövcud milli marşımızın çox gözəl olduğunu düşünürəm. Yenisinə ehtiyac varmı, bunu düşünmək lazımdır. Əmin deyiləm”.
Sənətçi eyni zamanda yeni layihə ehtimalını da istisna etməyib. Jurnalistin “Yeni bir iş varmı?” sualına cavab olaraq o bildirib: “Təyyarədə gələndə nəsə oldu deyəsən. Söz vermirəm, amma yaxın zamanda sürprizlər ola bilər”.
Qeyd: Türkiyə millisinin uğurundan sonra ölkədə futbol və musiqinin birləşdiyi yeni marş ideyası geniş müzakirə olunur.
© Copyright 2026, All Rights Reserved