Ter Ştegen “Barsa”ya kinlənib

“Cadena SER”in məlumatına görə, Ter Ştegen “Barselona”ya qarşı olduqca qəzəblidir. Buna səbəb baş məşqçi Hansi Flikin onu növbəti mövsüm planlarına daxil etməməsi olub.
90plus.az xəbər verir ki, alman qapıçı buna baxmayaraq, klubda qalaraq yerini qorumaq və əsas heyətdə oynamaq uğrunda mübarizə aparmaq niyyətindədir.
Bununla belə, Ter Ştegenin meneceri ehtiyat variant kimi artıq ona yeni klub axtarmağa başlayıb. Əgər futbolçu sonradan ayrılmaq qərarına gəlsə, bu prosesi sürətləndirmək üçün hazırlıqlar görülür.
“Barselona” rəhbərliyi isə hesab edir ki, əgər Flik onu ehtiyatda saxlayacağı qərarında qəti olarsa, Ter Ştegen avqust ayına kimi klubdan ayrılacaq.
Qolkiper Asiyadakı yay toplanışına komanda ilə birgə qatılacaq. Onun gələcək taleyinə məhz həmin hazırlıq mərhələsində daha çox aydınlıq gələcək.
© Copyright 2025, All Rights Reserved