“Tottenhem” FA Kubokunda erkən vidalaşdı
İngiltərə FA Kubokunun 3-cü turunda “Tottenhem” doğma meydanda “Aston Villa”ya 1:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Bu nəticə London klubunda davam edən böhranı daha da dərinləşdirib.
90plus.az xəbər verir ki, qarşılaşmanın taleyi demək olar ki, ilk hissədə həll olunub. Qonaq komandanın heyətində Emiliano Buendiya və Morgan Rocers vurduqları qollarla “Aston Villa”nı fasiləyə üstün vəziyyətdə aparıblar.
İkinci hissənin əvvəlində “Tottenhem” geri dönüşə ümidlənib. Uilson Odoberin qolu ev sahiblərini oyuna qaytarsa da, bu, yalnız hesabı minimuma endirməyə yetib. Matç 2:1 hesabı ilə “Aston Villa”nın qələbəsi ilə başa çatıb.
2013/14 mövsümündən bəri ilk dəfə “Tottenhem” FA Kubokunda 4-cü raunda yüksələ bilmədi:
Tottenhem 1 - 2 Aston Villa
Buendia 22’
Rocers 45+3’
Odobert 54’
İngiltərə Kuboku, 3-cü raund
Bu məğlubiyyət Premyer Liqada da uğursuz mövsüm keçirən “Tottenhem” üçün əlavə təzyiq yaradıb. Azarkeşlərin narazılığı fonunda baş məşqçi Tomas Frankın üzərindəki təzyiq daha da artıb.
© Copyright 2026, All Rights Reserved