"Tottenhem" klubunda ciddi itki
İngiltərənin “Tottenhem” klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, komandanın müdafiəçisi Destini Udoji zədələnib. İtaliyalı futbolçu Premyer Liqanın 25-ci turunda “Mançester Yunayted”ə qarşı keçirilən və 0:2 hesabı ilə başa çatan oyunda bud əzələsindən xəsarət alıb.
Baş məşqçi Tomas Frank 23 yaşlı sol cinah müdafiəçisinin durumuna aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, Udoji təxminən 4–5 həftə ərzində meydanlardan kənarda qalacaq.
Xatırlatma: “Tottenhem” Udojini 2022-ci ilin yayında “Udineze” klubundan 18 milyon avro qarşılığında heyətinə qatıb. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin formasında çıxdığı 20 rəsmi qarşılaşmada 1 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved