“Tottenhem” yapon futbolçusunu icarəyə göndərdi
İngiltərə Premyer Liqa klubu “Tottenhem” yaponiyalı müdafiəçi Kota Takainin mövsümün sonuna qədər Almaniya Bundesliqa təmsilçisi “Borussiya Mönhenqladbax"a icarəyə verildiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, mərkəz müdafiəçisi olan Kota Takai ötən yay “Tottenhem” tərəfindən Yaponiya klubu “Kavasaki Frontale”dən 5 milyon funt sterlinq qarşılığında transfer olunmuşdu. Lakin futbolçunun Premyer Liqadakı ilk ayları ciddi zədələrlə yadda qalıb.
Bu səbəbdən Takai hələlik “Tottenhem” forması ilə rəsmi oyunda debüt etməyib. London klubu ümid edir ki, yaponiyalı futbolçu mövsümün ikinci yarısında “Borussiya Mönhenqladbax”ın heyətində müntəzəm oyun praktikası qazana biləcək.
© Copyright 2026, All Rights Reserved