“Təəssüf ki, reallıq budur" Georgi Dermenciyev

“Ludogorets”in baş məşqçisi Georgi Dermenciyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a ağır məğlubiyyət (2:7) barədə danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis belə oyunlardan dərs çıxarmalı olduqlarını deyib:
"Ağır məğlubiyyətdir. Çoxlu səhvlər etdik. Problem bunda idi. Erkən qol buraxdıq. Belə bir matçı təhlil etmək çətindir. Sonda çox risk etdik və ona görə də rəqib çoxlu qol vurdu.
Hesab bərabər olandan sonra toparlanmağa çalışsaq da, yaxşı oynamadıq. Futbolçular Avropada qalib ruhunu mənimsəməlidirlər. Belə matçlardan çox dərs çıxarmaq olar, futbolçular yüksələ bilər. Başqa cür də ola bilərdi, amma təəssüf ki, reallıq budur".
Qeyd: “Qarabağ" ÇL-in pley-off mərhələsində “Dinamo Zaqreb” ilə üz-üzə gələcək (Pley-off görüşləri 20-21 və 27-28 avqust).
Məğlub “Ludogorets” isə UEFA Avropa Liqasında "Petrokub" – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
© Copyright 2025, All Rights Reserved