Tsxadadze: "Komanda uduzanda baş məşqçi günahkar olur"
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Kəpəz" - "Qəbələ" (0-2) oyunundan sonra maraqlı fikirlər səsləndirilib.
90plus.az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasında "Qəbələ" "Kəpəz"i məğlub edib. Oyundan sonra "Qəbələ"nin baş məşqçisi Tsxadadze bunları deyib:
"Komanda uduzanda, hər yerdə belədir ki, məşqçi günahkar olur. Bu, bizim işimizdir. Azarkeşləri başa düşürəm. Onlar da istəyir ki, nəticə qazanaq. Azarkeşlərlə görüşümüz oldu. Onlardan xahiş etdim ki, bunu etməsinlər. Sırf bu baxımdan ki, komanda daxilində atmosfer istər-istəməz korlanır. Futbolçular oxuyur ki, məşqçi gedir, ya qalır...Bu da komandaya təsir göstərir. Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir. Rəhbərliyimizdə də futbolda təcrübəli insanlar yer alıb. Fanatlara təşəkkür edirəm. Biz Premyer Liqaya geri qayıtmaq üçün çox çalışdıq. Çox iş görürük. Rəhbərlik də bunu görür. Dünən vacib epizod oldu. Klubun direktoru Səbuhi Səfiyarlı mənimlə, futbolçularla görüşdü. Bu da komandaya çox təsir göstərdi. Vacib məqam idi. Futbolçular da gördü ki, biz komandayıq. O görüşün kifayət qədər təsiri oldu".
© Copyright 2026, All Rights Reserved