Türkiyədə derbini "Trabzonspor" qazandı
Türkiyə Super Liqasının 28-ci turunda "Trabzonspor" öz meydanında "Qalatasaray"ı qəbul edib.
90plus.az xəbər verir ki, zirvə uğrunda mübarizə baxımından böyük əhəmiyyət daşıyan qarşılaşma "Papara Park" stadionunda keçirilib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Trabzonspor"a qələbə gətirən qolları 4-cü dəqiqədə Paul Onuaçu və 62-ci dəqiqədə Çibuike Nvayvu vurub. "Qalatasaray"ın yeganə qoluna isə 48-ci dəqiqədə Vilfrid Sinqo imza atıb.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticə ilə 882 gün sonra derbi qələbəsi qazanan "Trabzonspor" xalını 63-ə yüksəldib. Bir oyunu az olan "Qalatasaray"la xal fərqi isə 1-ə enib.
Beləliklə, Trabzon təmsilçisi çempionluq yarışında iddiasını davam etdirib.
© Copyright 2026, All Rights Reserved