U-19 milli Moldova ilə qarşılaşıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu ev sahibinə qarşı keçirib.
90plus.az xəbər verir ki, Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç bərabərliklə yekunlaşıb:
Moldova 1-1 Azərbaycan
Percium 58'
Nihad Əhmədzadə 87'
Qeyd: U-19 milli bu turnirdə Qazaxıstana 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə isə məğlub olub - 0:5.
© Copyright 2025, All Rights Reserved