"Barselona" Serbiyada azarkeşsiz qalacaq.
90plus.az xəbər verir ki, Çempionlar Liqasında yeni sezonun ilk matçında "Barselona", səfərdə "Monako" ilə qarşılaşdı. Uzun bir müddət 10 nəfərlə oynadığı matçda "Barselona", rəqibinə 2-1 məğlub oldu.
UEFA-dan bu gün edilən açıqlamada, "Barselona" azarkeşlərinin 1 səfər matçından məhrum edildiyi bildirildi. Açıqlamada, "Barselona"ya verilən cəzanın "Monako" matçında tribunada yer alan bir pankartdakı irqçi ifadələrdən qaynaqlandığı qeyd edildi. Keçən mövsümdə də oxşar bir hadisədən dolayı xəbərdarlıq alan "Barselona", pozuntunun ikinci dəfə olması səbəbindən cəza aldı.
"Barcelona", Çempionlar Liqasının 4-cü həftəsindəki "Srvena Zvezda" matçı üçün bilet alan azarkeşlərə biletin pulunu geri verəcəyini açıqladı. UEFA, 1 matçlıq məhrumiyyət cəzasına əlavə olaraq Katalonya komandasına 10 min avro pul cəzası verdi.
"Barselona" Prezident müavini Elena Fort, açılan pankartı "utanc verici" adlandırdı.
Fort açıqlamasında, "Klubu sevdiyini söyləyən birinin bu cür davranması üzücüdür. Bu, bir daha təkrarlanmamalıdır. Barselona, Srvena Zvezda matçında bu cəzanı tətbiq edəcək." dedi.