UEFA "Qarabağ"la oyunda "Dinamo"nun qadağasını geri götürdü

UEFA "Dinamo"ya qoyulan rəqib meydanda azarkeş dəstəyinə qoyduğu qadağasını geri götürüb.
90plus.az xəbər verir ki, Ali futbol qurumu "Dinamo" azarkeşlərinə qoyduğu səfər qadağasını götürüb. Bu qərar o deməkdir ki, Zaqreb klubunun fanatları Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçiriləcək cavab oyununu izləyə biləcəklər.
Dinamo" bildirib ki, qarşıdakı oyuna bilet satışı ilə bağlı azarkeşlərə tezliklə məlumat veriləcək.
Qeyd:"Qarabağ" - "Dinamo" cavab oyunu avqustun 28-də keçiriləcək. İlk görüşdə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar.
© Copyright 2025, All Rights Reserved