UEFA Ronaldoya mükafat verəcək

Çempiyonlar Liqası 2024/25 mövsümündə mübarizə aparmağa hüquq qazanan komandalar, bu gün keçiriləcək oyunlardan sonra bəlli olacaq.
90plus.az xəbər verir ki, Avropa futbolunun klublar səviyyəsindəki 1 nömrəli turnirində bu mövsümdən etibarən 36 komanda mübarizə aparacaq. Yeni mövsümün püşkü 29 avqust cümə axşamı keçiriləcək mərasimda atılacaq.
UEFA, cümə axşamı keçiriləcək püşk mərasimində Kristiano Ronaldoya mükafat veriləcəyini açıqlayıb.
Açıqlamada, "UEFA Çempiyonlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu olan Kristiano Ronaldo, dünyanın ən prestijli turnirində qoyduğu əhəmiyyətli mirasa görə UEFA Prezidenti Aleksandr Çeferin tərəfindən xüsusi bir mükafatla təltif ediləcək." ifadələri yer alıb.
Karyerasını Səudiyyə Ərəbistanının "Al-Nassr" komandasında davam etdirən Kristiano Ronaldo, UEFA Çempiyonlar Liqasında 183 oyuna çıxıb.
Bu oyunlarda 140 qol vuran Portuqaliyalı ulduz, 5 dəfə çempionluq və 7 dəfə qol kralı titulunu qazanıb.
17 qol ilə bir mövsümdə ən çox qol vuran futbolçu rekordunun sahibi olan Ronaldo, 11 oyunla ardıcıl ən çox qol vuran oyunçu vəziyyətindədir.
© Copyright 2025, All Rights Reserved