"Vest Hem"in futbolçusu vətəninə döndü
“Flamenqo” Lukas Paketanı rəsmən heyətinə qatdı.
90plus.az xəbər verir ki, Braziliyanın “Flamenqo” klubu Lukas Paketanın transferini rəsmən açıqlayıb. 28 yaşlı yarımmüdafiəçi İngiltərənin “Vest Hem” klubundan transfer olunub.
Əvvəlki məlumatlara əsasən, Rio-de-Janeyro təmsilçisi öz yetirməsi olan futbolçu üçün “Vest Hem”ə 36,5 milyon funt-sterlinq ödəməyə razılaşıb.
Lukas Paketa yeni klubu ilə 2030-cu ilin dekabr ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qeyd: Braziliyalı futbolçu bu ay şəxsi səbəblərlə vətəninə qayıtmaq istədiyi üçün “Vest Hem”dən ayrılmaqda israrlı idi. Nəticədə tərəflər razılığa gəlib və Paketa yenidən “Flamenqo”nun formasını geyinib.
© Copyright 2026, All Rights Reserved