Vircil Van Deykin getmək fikri yoxdur - Özü açıqladı
Vircil van Deyk karyerasını bitirəcəyi tarixlə bağlı danışdı.
90plus.az xəbər verir ki, Niderland millisinin və “Liverpul”un kapitanı Vircil van Deyk karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suallara cavab verib.
34 yaşlı müdafiəçi hələlik bu barədə düşünmədiyini bildirib:
“Heç vaxt futbolçu karyeramı bitirəcəyimi deməmişəm. Çox irəli baxmıram. Hələ oynamaq üçün bir neçə ilim var, ona görə də karyeramı bitirmək barədə heç nə düşünmürəm. Əsas odur ki, mən xoşbəxtəm, sonra isə hər şey yaxşı olacaq”.
Van Deykin “qırmızılar”la mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.
© Copyright 2026, All Rights Reserved