"Xahiş etdi, mən də verdim"- Mahmudov

Emin Mahmudov penalti haqqında danışıb.
90plus.az xəbər verir ki, millimizin kapitanı Emin Mahmudov Millətlər Liqasının ilk turunda İsveçə 1:3 məğlub olduqları oyunda penalti zərbəsini vurmaması haqda danışıb:
"Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur. İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq. Ona görə də rahat oynamışdıq. Bu dəfə isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Rəqibin gücü məlumdur. İsveç millisinin heyətində yüksəksəviyyəli futbolçular var. Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik".
© Copyright 2025, All Rights Reserved