Yamal: "İnter"i rahatlıqla udacağımızı düşünmüşdüm"

Lamin Yamal "İnter"lə oyundan sonra məyus olduqlarını bildirib.
90plus.az xəbər verir ki, dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"i qəbul edən "Barselona" 3-3 hesablı heç-heçəyə razı olub. Oyundan sonra gənc Lamin danışıb:
"Çox məyusam. Oyunu rahatlıqla qazanacağımızı düşünürdüm, amma belə olmadı.İnsanlar məni tərifləyir? Bəli, amma mən sadəcə futboldan zövq alıb əlimdən gələnin ən yaxşısını edirəm. Məsələ budur.
İndi isə yalnız cavab oyununu düşünürük. Biz qazanacağıq".
© Copyright 2025, All Rights Reserved