Yarımfinala adlayan Levandovski nəticədən narazı qalıb

"Barselona"nın polşalı ulduzu Robert Levandovski ötən gecə Çempionlar Liqasının cavab 1/4 finalında "Borussiya Dortmund"a 1-3 hesabı ilə uduzmaları, yalnız ilk oyundakı darmadağına görə yarımfinala yüksəlmələri barədə danışıb.
90plus.az xəbər verir ki, 36 yaşlı hücumçu yarımfinala yüksəlsələr də, nəticədən narazı qaldığını deyib:
"Bu matç bütün gənc oyunçularımıza yaxşı dərs ola bilər".
“Çempionlar Liqası Çempionlar Liqasıdır və siz həmişə hazır olmalısınız... 90% və ya 95% yox, yalnız 100%”. (📰: F. Romano)
Qeyd: "İnter - Bayern Münhen" cütünün qalibi yarımfinalda "Barselona"nın rəqibi olacaq.
© Copyright 2025, All Rights Reserved