"Yuventus"un hücumçusu "Barselona"nı istəyir
Duşan Vlahoviç karyerasını ya “Yuventus”da davam etdirməyi, ya da “Barselona”ya transfer olunmağı düşünür.
90plus.az xəbər verir ki, 26 yaşlı Serbiya millisinin forvardı zədə səbəbindən noyabr ayının sonlarından bəri meydana çıxmır. O, martın 1-də baş tutacaq 27-ci tur çərçivəsində keçiriləcək “Roma” ilə qarşılaşmada iştirak etməyi hədəfləyir.
Vlahoviçin “Yuventus”la müqaviləsi 30 iyun tarixinədək qüvvədə qalır və o, yeni sözləşmə bağlama ehtimalını da nəzərdən keçirir. Tuttosport-un məlumatına görə, futbolçu Kataloniya təmsilçisinin ona hansı şərtlər irəli sürə biləcəyini öyrənmək üçün klub rəhbərliyi ilə görüşmək niyyətindədir. Onun əsas istəyi Turində qalmaqdır. Lakin ayrılıq qaçılmaz olarsa, Vlahoviç üçün ilk seçim “Barselona” olacaq. Bildirilir ki, hücumçu ilə “Milan” və İngiltərə Premyer Liqası klubları da maraqlanır.
Xatırlatma: Cari mövsümdə o, A Seriyasında 13 matçda 3 dəfə fərqlənib və 1 qol ötürməsi verib.
© Copyright 2026, All Rights Reserved