ABŞ klubu Nəriman Axundzadə transferini açıqladı - RƏSMİ
"Qarabağ" klubu ilə ABŞ təmsilçisi "Kolumbus Kru" arasında aparılan danışıqlar başa çatıb.
90plus.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb. Beləliklə, Nəriman Axundzadənin MLS komandasında çıxış edəcəyi barədə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə bağlanıb.
"Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, klubla 3 dəfə ölkə çempionu, 1 dəfə isə kubok qalibi olub.
Həmçinin, Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etmiş Nəriman, əsas milli komandada 13 oyuna çıxıb.
© Copyright 2026, All Rights Reserved