Azərbaycanlı futbolçu bu ispan klubu ilə razılaşdı - FOTO
İspaniyanın 3-cü liqasında mübarizə aparan "Kazaleqas" heyətini azərbaycanlı futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, ispan təmsilçisi Hüseyn Əhmədovla razılıq əldə edib.
2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi üçüncü liqa klubu ilə 1 illik müqaviləyə imza atıb.
Əhmədov son olaraq II Liqa təmsilçisi "Dinamo" (Bakı) klubunda çıxış edib.
Hazırda "Kazaleqas" İspaniya 3-cü liqasında 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved