Aleksandr Sörlot İstanbul klubuna keçə bilər
“Fənərbağça” “Atletiko Madrid”dən ulduz oyunçu Alexander Sörlot üçün keçid planlarını qurub.
90plus.az xəbər verir ki, çempionluq iddiasını gücləndirən klub transferə də sürətli başlamayı planlaşdırır. Siyahının ilk sırasında isə Aleksandr Sörlot var.
Yağız Sabuncuoğlunun məlumatına görə, futbolçunun İspaniya klubundan ayrılmaq istədiyi qeyd olunub.
Saran daha əvvəl: “Xəyalımı bəzəyir” demişdi
“Fənərbağça"nın prezidenti Sadəddin Saran daha əvvəl verdiyi açıqlamada Sörlot üçün “Xəyalımı bəzəyir” ifadəsindən istifadə etmiş və transfer ehtimalını güclü şəkildə gündəmə gətirmişdi.
Rəhbərliyin norveçli hücumçu üçün satın alma opsionlu icarə təklifi hazırladığı və yaxın günlərdə rəsmi addımın atılacağı bildirilir.
Bu mövsüm “Atletiko Madrid” formasında 17 oyuna çıxan Sörlot 2 qol vurub. Lakin baş məşqçi Dieqo Simeonenin sistemində kifayət qədər şans qazana bilməməsi onun yanvar ayında ayrılmasını gündəmə gətirir.
Cari mövsümdə Sörlot “Atletiko Madrid”də 14 oyunda 2 qol vurub.
© Copyright 2025, All Rights Reserved