İslamiada: Basketbol millimiz çempion oldu
Azərbaycanın qadın 3x3 basketbol millisindən tarixi uğur: İslam Həmrəyliyi Oyunlarının çempionu oldular.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3x3 basketbol üzrə qadınlar millisi möhtəşəm nəticəyə imza atıb.
Komandamız finalda Türkiyə yığmasını 21:13 hesabı ilə məğlub edərək yarışın qızıl medalını qazanıb.
Millimiz həlledici görüşə gedən yolda yarımfinalda Misir üzərində 22:15 hesablı inamlı qələbə əldə etmişdi.
Bu nəticə ilə Azərbaycan 3x3 basketbol üzrə beynəlxalq arenada ən böyük nailiyyətlərindən birinə sahib çıxmış oldu.
© Copyright 2026, All Rights Reserved