Tacikistanda idmançılarımız medal qazandılar
Düşənbədə keçirilən Asiya Kubokunda cüdoçularımız medal qazandı.
90plus.az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbədə yeniyetmələr arasında cüdo üzrə Asiya Kubokuna start verilib. Beynəlxalq turnirdə Azərbaycan yığması uğurlu çıxışı ilə diqqət çəkib.
Yarışın ilk günündə idmançılarımızdan iki cüdoçu fəxri kürsüyə yüksəlib. -60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Hüsiyev gümüş medal əldə edib. -50 kq çəki kateqoriyasında çıxış edən Devid Mahmudov isə bürünc medalla kifayətlənib.
Azərbaycan bu turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.
© Copyright 2026, All Rights Reserved