Alkantara “Barselona”ya məşqçi kimi dönür

Hans Flik Tyaqo Alkantaranı “Barselona”ya məşqçi kimi gətirmək istəyir.
90plus.az xəbər verir ki, “Barselona”nın 60 yaşlı alman baş məşqçisi Hansi Flik tanınmış sabiq futbolçu Tyaqo Alkantaranı məşqçi heyətinə daxil etmək niyyətindədir.
Karyerasını yeni başa vuran Tyaqonun “Barselona”ya dönüşü təkcə simvolik deyil, həm də praktik cəhətdən vacib hesab olunur. O, ispan, portuqal, katalan, alman və ingilis dillərini sərbəst bilən çoxdilli bir şəxs kimi müxtəlif millətlərdən olan futbolçularla effektiv ünsiyyət qura bilir. Bu bacarığı onu Hans Flikin taktiki sisteminə uyğunlaşdırmaqda böyük üstünlük yaradır.
Tyaqo futbolçu kimi həm “Barselona”, həm “Bayern Münhen”, həm də “Liverpul” kimi nəhəng klubların formasını geyinib və zəngin təcrübəyə malikdir. Onun texniki biliyi və oyun anlayışı Flikin komandasında gənc oyunçuların inkişafına töhfə verə bilər.
Hazırda danışıqların ilkin mərhələdə olduğu bildirilir. Əgər razılaşma baş tutarsa, bu, Tyaqo Alkantaranın “Barselona”ya ikinci dönüşü olacaq – lakin bu dəfə fərqli rolda.
📰: Mundo Deportivo
© Copyright 2025, All Rights Reserved