Alonso: “Bu tarixi ömür boyu xatırlayacağam”

"Real Madrid" ilə müqavilə imzalayan Xabi Alonso açıqlama verib.
90plus.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis aid olduğu yerə qayıtdığını vurğulayıb:
"Mənim üçün inanılmaz və xüsusi bir gündür. Bu tarixi həyatım boyunca xatırlayacağam. "Real Madrid" mənim evimdir, nəhayət, bura qayıtdım.
"Azarkeşlərin komanda ilə fəxr etməsini istəyirəm. Onlar oyunumuza baxıb "Hə, bu mənim sevdiyim klubdur", - deyəcəklər.
"Baş məşqçim və müəllimim olmuş cənab Karlo Ançelottiyə təşəkkür edirəm. O, burada tarix yazdı və özündən sonra böyük miras qoydu".
📰: Marca
© Copyright 2025, All Rights Reserved