Alonso: “Diaz bənzərsizdir”

Brahim Diaz "Real Madrid"də qalır: Xabi Alonso onu bənzərsiz hesab edir.
90plus.az xəbər verir ki, “Real Madrid”də gələcək planların mühüm hissəsinə çevrilən Brahim Diaz klubda qalmaq üzrədir. İspaniya mediasında xüsusən Marca və transfer xəbərləri üzrə etibarlı mənbə Fabrizio Romanonun məlumatına görə, həm klub rəhbərliyi, həm də “Real Madrid”in yeni çalışdırıcıaı Xabi Alonso 24 yaşlı yarımmüdafiəçiyə böyük dəyər verir.
Xabi Alonso Diazı komandada “bənzəri olmayan oyunçu profili” kimi qiymətləndirir. Onun texniki bacarıqları, çevikliyi və hücum quruculuğunda verdiyi töhfə Madrid klubunun oyun sistemində önəmli yer tutur. Bu səbəbdən klub onunla uzunmüddətli əməkdaşlıq etmək niyyətindədir.
Brahim Diazın mövcud müqaviləsi 2027-ci ilə qədər olsa da, “Real Madrid” rəhbərliyi onunla müqaviləni 2030-cu ilə qədər uzatmaq üçün danışıqlara başlayıb. Romano bu razılaşmanın tezliklə rəsmiləşəcəyini və tərəflərin artıq əsas şərtlər üzrə razılığa gəldiyini bildirib.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved