Alonso: “Layihəmiz dəyişməzdir – qalib gəlmək!"

Xabi Alonso: “Real Madrid”də layihəmiz dəyişməzdir – qalib gəlmək!".
90plus.az xəbər verir ki, Xabi Alonso DAZN-a verdiyi müsahibəsində belə deyib:
“Layihəm? “Real Madrid”də layihə heç vaxt dəyişmir. Məqsəd həmişə qalib gəlməkdir".
“Biz nə istədiyimizi bilirik, necə oynamaq istədiyimizi bilirik və üzərində çalışdığımız da məhz budur. Mən əminəm ki, Klublararası Dünya Çempionatının sonunda komandamız turnirin əvvəlindəki vəziyyətindən daha yaxşı olacaq. Oyundan oyuna bəzi şeyləri dəyişəcəyik və inkişaf edəcəyik.”
“Real Madrid”də ulduz futbolçularla işləmək barədə danışan Alonso bunları deyib:
“Kristiano Ronaldo və Benzema kimi oyunçularla təcrübəm olub. Belə futbolçular çox iddialıdırlar, buna görə onların motivasiyasını yüksək saxlamaq üçün düzgün yerlərə toxunmağı bacarmaq lazımdır.”
Qeyd: “Real Madrid” Klublararası Dünya Çempionatındakı ilk oyununu sabah - çərşənbə günü “Əl Hilal”a qarşı keçirəcək. Alonso futbolunun əsl siması da məhz o zaman üzə çıxacaq.
© Copyright 2025, All Rights Reserved