Alonso “Real”da ispan lənətini sındırmalıdır

Xabi Alonso “Real”da ispan məşqçilərin lənətini qırmağa çalışacaq.
90plus.az xəbər verir ki, Xabi Alonso “Real Madrid”də yeni dövrə başlayır, lakin onu asan olmayan bir tarix gözləyir. İspan məşqçilər uzun illərdir, Madrid klubunda uzunmüddətli və uğurlu fəaliyyət göstərə bilmirlər. 2003-cü ildən bəri heç bir ispan məşqçi bu klubda bir ildən çox qalmağı bacarmayıb.
Ən son uzun müddət “Real Madrid”i çalışdıran ispan mütəxəssis Visente del Boske olub. O, 1999–2003-cü illər aralığında tam 1.314 gün bu vəzifədə qalıb və klubla iki dəfə Çempionlar Liqasının qalibi olub. Onun gedişindən sonra gələn yerli məşqçilər ya uğursuz nəticələr, ya da klubdaxili gərginliklər səbəbindən qısa müddətdə işdən ayrılıb.
Aşağıda 1990-cı illərin sonlarından bu günə qədər “Real Madrid”də işləyən ispan məşqçilərin siyahısı və onların klubda qalma müddətləri təqdim olunur:
📰: Marca
İndi isə sırada Xabi Alonso var. O, 2025-ci ilin mayından etibarən “Real Madrid”in baş məşqçisi postuna təyin olunub. Onun əsas məqsədlərindən biri həm nəticə əldə etmək, həm də bu “ispan məşqçi lənətini” qırmaq olacaq.
Xatırlatma: Alonso futbolçu kimi həm “Real Madrid”, həm də İspaniya millisində əfsanəvi adlar arasında yer alıb. İndi isə o, məşqçi kimi özünü sübut etməyə və adını “Real” tarixində iz qoyan yerli məşqçilərdən biri kimi yazdırmağa çalışacaq.
© Copyright 2025, All Rights Reserved