Amerikanın oyunları: Kolumbiya və Uruqvay yarımfinala yüksəlib

Kopa Amerika turnirində 1/4 final mərhələsində növbəti qarşılaşmalar baş tutub.
90plus.az xəbər verir ki, 1/4 final matçında Uruqvay-Braziliya, Kolumbiya-Panama komandaları üz-üzə gəlib. Qarşılaşmada Kolumbiya Panama komandasına 5-0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Kolumbiya 5-0 Panama
Kordoba 8'
Rodriqes15'
Diaz41'
Rioas 70'
Borja 90+4'
FOTO:
Kolumbiyalı futbolçu Messinin nailiyyətini təkrarlayıb. Xames Rodriges hazırkı turnirdə assistlərinin sayını beşə çatdırıb.
Daha əvvəl Amerika Kubokunda üç futbolçu bunu bacarıb. 1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə ilə yadda qalıb. FOTO:
Uruqvay və Braziliya milliləri arasında oyun əsas vaxtda 0-0 hesabı ilə nəticələnib. Penaltilər seriyasında isə Uruqvay 4-2 hesabı ilə Braziliyaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qeyd: Uruqvay - Kolumbiya yarımfinal matçı 11 iyulda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved