Amerikanın oyunları: Uruqvay 3-cü yerin sahibi oldu!

Amerika Kubokunun üçüncü yer uğrunda mübarizəsində Uruqvay və Kanada milliləri qarşı-qarşıya gəlib.
90plus.az xəbər verir ki, Uruqvay və Kanada arasında keçirilən matç əsas vaxtda 2-2 hesabı ilə nəticələnib.
Penaltilər seriyasında isə Uruqvay 4-3 hesabı ilə Kanadaya qalib gələrək Amerika Kubokunda üçüncü yerin sahibi olub.
Qeyd: Final matçı iyulun 15-də Argentina və Kolumbiya komandaları arasında baş tutacaq.
© Copyright 2025, All Rights Reserved