Ançelotti: "Barselona" çempionluğa layiq idi"

Karlo Ançelotti "Barselona"nın La Liqa titulunu qazanmasını şərh edib və "Real Madrid"in heyəti dəyərləndirib.
90plus.az xəbər verir ki, "Real Madrid"in təcrübəli baş məşqçisi rəqibi və komandası haqqında bunları deyib:
"Barselona" bu mövsüm əla oyun göstərdi və çempionluğa layiq idi. Onlar heyətdəki hər futbolçudan maksimumu almağı bacardılar. Amma növbəti mövsüm hər şey fərqli olacaq"
"Oyunçularımı heç vaxt tənqid etməyəcəyəm, onlar mənə sevinc dolu 4 ili bəxş etdilər. Və həmişə mənim üçün ən yaxşı olaraq qalacaqlar. Klub mənim dönəmimdə Kavaminga, Tchouameni, Rüdiger, Bellinqem və Mbappeni transfer etdi. Daha çoxunu istəyə bilərdim?
"Huijsen çox yaxşı futbolçudur. "Real Madrid"in onu transfer etdiyinə görə şadam. Bu klub həmişə zirvədə olacaq".
Qeyd: "Barselona" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirdi.
© Copyright 2025, All Rights Reserved