Ançelotti göz yaşları içində vidalaşdı

”Real Madrid”də baş məşqçi kimi son matçına çıxan Karlo Ançelottinin “Bernabeu”dakı vida sözləri təsirli olub.
90plus.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis La Liqada son oyunundan öncə - "Real Madrid 2 - 0 Real Sosyedad" matçında ürək sözlərini söyləyərkən göz yaşları "sel" olub:
”Axşamınız xeyir. Bu gün danışmaq asan deyil. Bu klubu, bu komandani çalışdırmaq mənim üçün bir şərəf və zövq oldu.
Əvvəlcə əziz prezidentim Florentino Pérezi təşəkkür etmək istəyirəm. Bu möhtəşəm bir təcrübə idi, bu anlar üçün təşəkkür edirəm. Bu anları sizinlə yaşamaq əla idi. Bu unudulmaz bir hekayədir.
Heç kim Karim Benzemanın PSJ-yə qarşı vurduğu üç qolu, Rodriqonun “Man Siti”yə qarşı vurduğu iki qolu, Luka Modriçin ötürməsini unuda bilməz. Xoselunun iki qolunu da heç kim unuda bilməz. Mən də burada keçirdiyim hər günü unuda bilmərəm. Və sözümü yalnız bir cümlə ilə bitirəcəyəm:
Hala Madrid. Hamınızı bütün qəlbimlə sevirəm”.
© Copyright 2025, All Rights Reserved