Antoni Edvardsın 40 xalı komandasını qurtarmadı
NBA-da "Minnesota Timbervulvs" Anthony Edwardsın 40 xalına baxmayaraq "Feniks Sans"a 108–105 hesabı ilə məğlub olub. Amerika Basketbol Liqasında (NBA) "Feniks Sans" səfərdə "Minnesota Timbervulvs"u 108–105 udub.
90plus.az xəbər verir ki, Qərb Konfransında pley-off yarışı aparan komandaların "Target Center"də keçirilən qarşılaşmasında üstünlük "Feniks Sans"ın tərəfində olub.
Komandanın liderləri Mark Uilyams 22, Kollin Gillespi 19 və Dillon Bruks 18 xalla çıxış edərək "Feniks Sans"ın mövsümdə 14-cü qələbəsini təmin ediblər.
Beş oyundur qalib gələn "Minnesota Timbervulvs", bu dəfə seriyanı davam etdirə bilməyib.
Antoni Edvardsın 40, Culius Rendlın isə 21 xalı komandanı mövsümdəki 9-cu məğlubiyyətdən xilas etməyib.
© Copyright 2025, All Rights Reserved