Aspilikueta “Atletiko”dan ayrılır

RƏSMİ: Sezar Aspilikueta “Atletiko Madrid”dən ayrılır.
90plus.az xəbər verir ki, “Atletiko Madrid” ispan müdafiəçisi Sezar Aspilikuetanın klubdan ayrıldığını rəsmən açıqlayıb. 35 yaşlı futbolçu bu yay azad agent statusunda olacaq.
Aspilikuetanın “Atletiko” ilə olan müqaviləsi başa çatıb və tərəflər yollarını ayırmaq qərarına gəliblər. Klubun rəsmi açıqlamasında deyilir:
“Sədaqət və liderliyiniz üçün təşəkkür edirik.”
Təcrübəli futbolçu 2023-cü ildə “Çelsi”dən ayrılaraq Madrid klubuna keçmişdi. O vaxtdan bəri “Atletiko”nun heyətində 54 oyuna çıxıb.
Hazırda Aspilikuetanın karyerasını harada davam etdirəcəyi bəlli deyil. Müdafiəçi həm La Liqada, həm də Premyer Liqada qazandığı təcrübə ilə diqqət mərkəzində qalır.
© Copyright 2025, All Rights Reserved