“Atletik” Niko Uliyamsı “Barsa”ya verməmək üçün pulları fəda edir

Niko Uilyamsın transferində son durum: “Barselona” israrlı, “Atletik” isə əldən verməmək üçün müqavimət göstərir.
90plus.az xəbər verir ki, İspaniya millisinin cinah oyunçusu Niko Uilyamsın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. 21 yaşlı futbolçu bu yay transfer bazarının ən çox müzakirə olunan adlarından birinə çevrilib. Onunla ciddi maraqlanan əsas klub isə “Barselona”dır.
Kataloniya təmsilçisi gənc ulduzun transferini reallaşdırmaq üçün danışıqları sürətləndirib. Məlumata görə, Niko özü də “Barselona”ya keçməyə müsbət yanaşır və bu məqsədlə maaşında azalmağa razıdır. Baş məşqçi Hansi Flikin də onunla işləmək istədiyi və bu transferə şəxsi maraq göstərdiyi bildirilir.
Uilyamsın sərbəstqalma məbləğini ödəyəcəyi təqdirdə “Barselona” bu keçidi qısa zamanda rəsmiləşdirə bilər. Klub onu sol cinah üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib və Lamini Yamal ilə birlikdə gələcəyin hücum tandemini formalaşdırmaq istəyir.
Digər tərəfdən, “Atletik” klubu da istedadlı futbolçusunu saxlamaq üçün bütün imkanlarını səfərbər edib. “Marca”nın xəbərinə görə, Bilbao təmsilçisi Uilyamsa klub tarixinin ən yüksək maaş təklifini verməyə hazırlaşır.
Qeyd: Ötən il müqaviləsini uzadan oyunçunun maaşı beşqat artırılmış və ona 10 nömrəli forma verilmişdi.
Hazırda istirahətdə olan Niko Uilyams yaxın günlərdə gələcəyi ilə bağlı son qərarını verməlidir. Seçim isə asan görünmür – daha parlaq futbol perspektivi və ya doğma kluba sədaqət.
© Copyright 2025, All Rights Reserved