“Atletiko Madrid” “Rayo Vallekano” qarşısında 0-3 hesabı ilə uduzdu
La Liqanın 24-cü turunda “Atletiko Madrid” səfərdə “Rayo Vallekano”ya 3-0 hesabı ilə uduzub.
90plus.az xəbər verir ki, həftə içi Kral Kubokunda “Barselona”nı 4-0 məğlub edən İspaniya nəhəngi Liqa matçında gözlənilməz nəticə ilə qarşılaşıb. “Rayo Vallekano”nun qollarını 40-cı dəqiqədə Fransisko Perez, 45-ci dəqiqədə Oskar Valentin və 79-cu dəqiqədə Nobel Mendi vurub.
Üst-üstə ikinci məğlubiyyətini alan “Atletiko Madrid” 45 xalla qalıb. “Rayo Vallekano” isə xallarını 25-ə çatdırıb və Liqadakı mövqeyini möhkəmləndirib.
© Copyright 2026, All Rights Reserved