"Atletiko"da gözlənilən ayrılıq yaşandı

İspaniyanın “Atletiko” klubunda ayrılıq baş tutub.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisi Sezar Aspilikueta ilə yollarını rəsmən ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı müdafiəçinin bu gün başa çatan müqaviləsi yenilənməyib.
Xatırlatma: Sezar Aspilikueta 2023-cü ilin yay transfer dönəmində “Atletiko”ya qoşulmuşdu. İspaniya yığmasının sabiq üzvü ötən mövsüm Madrid klubunun heyətində 20 rəsmi qarşılaşmada iştirak edib və 1 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved