Balde "Barselona"da qalacaq
“Barselona” Alexandro Baldeni müdafiənin sol cinahında uzunmüddətli perspektiv kimi görür.
90plus.az xəbər verir ki, kataloniyalılar 22 yaşlı futbolçunu illərlə heyətində saxlamağı planlaşdırır, lakin hazırda onun çıxışından tam razı deyillər və Baldedən daha yüksək performans gözləyirlər.
Balde “Barselona”nın yetirməsidir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.
İspaniyalı futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir və “transfermarkt” portalına görə, bazar dəyəri 60 milyon avrodur.
© Copyright 2026, All Rights Reserved