“Barsa” 0:4-dən geridönüş edəcəyinə inanır
"Barselona” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin 3 martda keçiriləcək cavab oyununda “Atletiko Madrid”ə qarşı geridönüş edə biləcəyinə inanır.
90plus.az xəbər verir ki, ilk oyunda 0:4 hesablı məğlubiyyətə baxmayaraq, katalon klubunun paltardəyişmə otağında futbolçular vəziyyəti dəyişə biləcəklərinə əmindirlər. Komanda daxilində bunun üçün bir neçə amilin onların xeyrinə olduğu düşünülür (Mundo Deportivo).
İlk növbədə, “Kamp Nou” faktoru əsas üstünlük kimi qiymətləndirilir. “Barselona” bu mövsüm doğma meydanda olduqca inamlı çıxış edir.
Bundan əlavə, baş məşqçi Hansi Flik ilk görüşü zədə səbəbindən buraxan Pedri, Rafinya və Markus Reşford kimi futbolçulara arxalana biləcək.
“Barselona” son illərdə çətin vəziyyətlərdən çıxmağı bacardığını dəfələrlə sübut edib. Cavab qarşılaşmasında oyun tempini və aqressivliyi artıracağı halda, məşhur “remontada” ssenarisinin reallaşması mümkün sayılır.
© Copyright 2026, All Rights Reserved