“Barsa” “Kopenhagen”dən vinger alır

"Barselona" Runi Bardjini transfer etməyə yaxındır.
90plus.az xəbər verir ki, Kataloniya klubu "Kopenhagen"in vingeri üçün danışıqlarda irəliləyir və keçidi bitirmək üzrədir. Transfer final mərhələdədir, tərəflərin yaxın günlərdə bütün detalları razılaşdıracağı gözlənilir (📰: Fabrizio Romano).
Qeyd: 19 yaşlı futbolçu çarpaz bağları qopduğu üçün 2024/25 mövsümündə Danimarka liqasında cəmi 5 oyun keçirib. O, 2023/24 "futbol ili"ndə çempionatda 23 matçda 7 qol vurub.
© Copyright 2025, All Rights Reserved