“Barsa” müdafiəsində sıxlıqdır, gedən Kristensen olacaq

Kristensen “Barselona”dan ayrılmağa yaxındır – Deko: “Bir nəfər getməlidir”.
90plus.az xəbər verir ki,“Barselona” bu yay Andreas Kristensenlə yollarını ayıra bilər. Klubun idman direktoru Deko futbolçunun gələcəyinə dair açıqlamasında onun planlara daxil olmadığını açıq şəkildə ifadə edib.
Deko verdiyi açıqlamada bildirib: “Beş mərkəz müdafiəçimiz var və bu mövqedə artıq sıxlıq yaşanır. Biri mütləq getməlidir”. Bu açıqlama birbaşa olaraq Kristenseni hədəf göstərməsə də, klubdaxili mənbələr Danimarka millisinin üzvünün ayrılığa ən yaxın ad olduğunu təsdiqləyir.
Kristensenin “Barselona” karyerası 2022-ci ilin yayında “Çelsi”dən azad agent kimi keçidi ilə başlamışdı. Onun müdafiədə sabit çıxışlarına baxmayaraq, klubun mövcud vəziyyəti və heyət sıxlığı səbəbilə ayrılıq real görünür.
Fabrizio Romanonun məlumatına görə, “Barselona” yay transfer pəncərəsində müdafiə xəttində yüngülləşməyə getmək niyyətindədir və bu məqsədlə Kristensenin transferi gündəmdədir. Danimarkalı futbolçuya bir neçə Avropa klubunun maraq göstərdiyi də bildirilir.
“Barselona”nın növbəti həftələrdə bu istiqamətdə rəsmi addım atması gözlənilir.
© Copyright 2025, All Rights Reserved