“Barselona”dan ayrıldı, “Atletiko Madrid”ə keçdi

“Barselona” ilə yollarını ayıran Kleman Lanqle transfer haqqı olmadan “Atletiko Madrid” klubuna keçib.
90plus.az xəbər verir ki, “Rojiblankolar”ın rəsmi saytında yer alan məlumata görə, 29 yaşlı fransalı müdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Lanqle “Barselona” ilə bir dəfə İspaniya çempionu olub. O, həmçinin Fransa millisində 16 oyun keçirib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.
Bu transfer “Atletiko Madrid”in müdafiə xəttinə təcrübəli bir alternativ qazandırması baxımından əhəmiyyətli sayılır.
© Copyright 2025, All Rights Reserved