"Barselona"dan möhtəşəm "El Klasiko" qələbəsi - QOLLAR

La Liqa çərçivəsində çempionluq uğrunda gedən mübarizədə "Barselona" əzəli rəqibi "Real Madrid" üzərində dramatik qələbə qazandı.
90plus.az xəbər verir ki, "Lluis Kompanis Olimpiya Stadionu"nda keçirilən görüşdə "Barselona" 2-0 geri düşdüyü oyunu 4-3 hesabı ilə xeyrinə çevirdi.
"Real Madrid", oyunun ilk 14 dəqiqəsində Mbappenin dublu ilə 2-0 üstünlüyü ələ aldı. Lakin Kataloniya təmsilçisi sürətli reaksiyası ilə diqqət çəkdi: 19-cu dəqiqədə Erik Qarsia, 32-də Yamal, 34 və 45-ci dəqiqələrdə isə Rafinianın qolları ilə "Barselona" ilk hissəni 4-2 hesabı ilə öndə tamamladı.
İkinci hissədə "Real Madrid" 70-ci dəqiqədə Mbappe ilə fərqi bir topa endirsə də, geri dönüş üçün kifayət etmədi.
Bu nəticə ilə "Barselona" xallarını 82-ə, "Real Madrid" isə 75-də saxladı. Aradakı fərq 7 xala yüksəldi. "Barselona" qarşıdakı turda "Espanyol" üzərində qələbə qazansa, La Liqa çempionluğunu rəsmi olaraq elan edəcək.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/102658
https://t.me/doxsanplus/102659
https://t.me/doxsanplus/102660?single
https://t.me/doxsanplus/102662
© Copyright 2025, All Rights Reserved