"Barselona"nın futbolçusu İngilislərin radarında
"Barselona"nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" ispaniyalı oyunçunu transfer siyahısına daxil edib. Bu barədə "Fichajes" nəşri məlumat paylaşıb.
Mənbənin bildirdiyinə əsasən, “qırmızı şeytanlar” 22 yaşlı sol cinah müdafiəçisini yay transfer pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır. İngiltərə klubu Balde üçün 40 milyon avro məbləğində təklif irəli sürməyə hazırlaşır.
Qeyd: Alexandro Balde "Barselona"nın akademiyasının yetirməsidir. İspaniya yığmasının üzvü cari mövsümdə Kataloniya klubunun heyətində 32 rəsmi görüşdə iştirak edib və 3 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved