“Barselona”nın start 11-liyi bahalaşıb

"Marca" nəşrinin məlumatına görə, “Barselona”nın start heyətinin bazar dəyəri əhəmiyyətli dərəcədə artaraq 748 milyon avroya yüksəlib.
90plus.az xəbər verir ki, Hansi Flik “Barselona”nın baş məşqçisi olmamışdan əvvəl komandanın bazar dəyəri 406 milyon avro təşkil edirdi. Bu isə o deməkdir ki, alman çalışdırıcının rəhbərliyi altında komandanın ümumi dəyəri 302 milyon avro artıb – bu da təxminən 67% artım deməkdir.
Yay transfer dönəmində “Barselona” yalnız bir böyük transferə imza atıb – Dani Olmo təxminən 60 milyon avroya komandaya cəlb olunub.
Bununla belə, Lamin Yamal, Alexandro Balde, Pedri və Rafinya kimi futbolçuların bazar dəyəri bu mövsüm ərzində astronomik səviyyədə yüksəlib, bu da ümumi dəyərin kəskin artmasına səbəb olub.
© Copyright 2025, All Rights Reserved