"Bayer” "Mançester Siti"nin futbolçusuna "elçi düşdü"
"Mançester Siti"nin futbolçusu Natan Ake karyerasını Almaniyada davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Bayer” klubuna keçməyə hazırlaşır.
“Şəhərlilər” onun transferi üçün 15 milyon avro tələb edir. Ake isə daha çox oyun imkanları qazanmaq üçün Leverkuzen təmsilçisinə keçməyə müsbət baxır.
Natanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək davam edir. Niderland millisinin üzvü əvvəllər “Çelsi”, “Ridinq”, “Uotford” və “Bornmut” klublarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved