"Beşiktaş" İtaliyadan qapıçı aldı
Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni qapıçı əlavə edib.
90plus.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti rəsmi açıqlama yayıb.
İstanbul klubu, İtaliyanın “Roma” komandasına məxsus olan Devis Vaskesi mövsümün sonunadək icarəyə götürüb.
“Beşiktaş” eyni zamanda 27 yaşlı kolumbiyalı oyunçunu daimi olaraq almaq hüququna sahibdir.
Qeyd: Devis Vaskes 2025-ci ilin yayında “Roma”ya transfer olunub.
© Copyright 2026, All Rights Reserved