"Beşiktaş" "Marsel"dən futbolçu aldı
Türkiyənin “Beşiktaş” klubu müdafiə xəttinə yeni futbolçu cəlb edib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi “Marsel” klubunda çıxış edən Amir Murilyonun transferini razılaşdırıb. Klub bu barədə rəsmi açıqlama yayıb.
Sağ cinahda oynayan kanadalı müdafiəçi artıq İstanbula gəlib. 29 yaşlı futbolçu tibbi baxışdan keçdikdən sonra “Beşiktaş”la müqavilə imzalayacaq.
Qeyd: “Marsel” Amir Murilyonu 2023-cü ilin yayında “Anderlext”dən 2,5 milyon avro qarşılığında heyətinə qatmışdı. Panama millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved