“Beşiktaş”dan Ter Ştegenə 8 milyonluq təklif gedib
"Beşiktaş" Ter Ştegen üçün icarə təklifi etdi — alman qapıçı üçün 8 milyon avroluq variant gəlir.
90plus.az xəbər verir ki, qış transfer dövründə qapıçı ilə güclənməyi planlayan "Beşiktaş"ın gündəminə Mark-Andre ter Ştegen düşüb. İspaniyanın Sport nəşrinin xəbərinə görə, "Qara qartallar" alman qapıçını icarəyə götürmək üçün rəsmi təklif təqdim edib.
Qeyd olunur ki, "Beşiktaş" təklifində 8 milyon avroluq satın alma opsiyası ilə birlikdə icarə variantını göstərib. Klub rəhbərliyinin Ter Ştegenin mövsümün ikinci yarısında alacağı maaşın hamısını ödəməyə hazır olduğu bildirilib. "Barselona" rəhbərliyi isə son qərarı qapıçıya buraxıb; əgər Ter Ştegen ayrılmaq istəsə, yanvarda transferinə icazə veriləcək.
"Beşiktaş" Futbol Texniki və Skautinq Direktoru Eduard Qraf bu transferdə əsas rolu oynayır. Onun Alman qapıçını “əsas heyətdə oynayacaq” zəmanəti ilə inandırmağa çalışdığı qeyd olunur.
Hazırda Ter Ştegenin əsas hədəfi sağlamlığını bərpa edib əvvəlki formasına qayıtmaq və daha sonra "Barselona"dakı gələcəyini müəyyənləşdirməkdir. Alman qapıçı bu mövsüm hələ heç bir rəsmi oyunda iştirak etməyib, çünki mövsüm əvvəlində belindən aldığı zədə onu meydançadan uzaq saxlayıb.
Qeyd: Ter Ştegenin adı keçən yay transfer dövründə uzun müddət "Qalatasaray"la da hallanmışdı. Alman qapıçının "Barselona" ilə müqaviləsi 2028-ci ilin yayına qədər davam edir.
© Copyright 2025, All Rights Reserved